
Heyvalı və Zəfəranlı Toyuq
Heyvalı və Zəfəranlı Toyuq
Ərzaqlar:
- 4 ədəd orta boy heyva (təxminən 1 kg)
- 6 qaşıq duru yağ
- 2 çay qaşığı zəfəran teli
- 1.5 kg kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
- 1 ədəd doğranmış orda boy baş soğan
- 0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
- 10 ədəd quru qavalı
- zövqə görə duz
- zövqə görə istiot
Hazırlanması:
- Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
- Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.
- Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
- İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
- Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
- Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.
Nuş Olsun!
Hakkında: Çox sevilən və fərqli dada malik olan heyvalı və zəfəranlı toyuq İran məbəxinə aiddir.
ən son şərh