
gül-kələmli-zapekanka
Gül Kələmli Zapekanka
Posted on 27 İyul 2014 by admin in Börək və Poğaçalar Reseptləri, Tərəvəz Yeməkləri Reseptləri, Yumurta Yeməkləri Reseptləri
Ərzaqlar
- 1 kq gül kələmi
- 300 q xama
- 200 q vetçina
- 100 q pendir
- 2 ədəd yumurta
- duz, istiot
Hazırlanması
- Gül kələmini kiçik hissələrə bölün.
- Su qaynadın və suya duz da vurun.
- Kələmi qaynar suyun içinə tökün. Kələm yumşalanacan saxlayın.
- Diqqət edin ki, kələm dağılacaq qədər yumşalmasın.
- Bir az yumşalsa, bəs edər. Sonra isə kələmi süzün və qoyun bir qədər soyusun.
- Pendiri sürtgəcin kiçik gözündən keçirin. Vetçinanı kiçik kub şəklində doğrayın.
- Xama ilə yumurtanı birlikdə çalın və duz, istiot vuraraq qarışdırın.
- Vetçinanın xamalı qarışığa əlavə edib qarışdırın.
- Kələmi də bu qarışıma əlavə edin və ehtiyatla qarışdırın ki, kələm əzilməsin.
- Alınan məhlulu yağlanmış qaba tökün və qaşıqla üzərini hamarlayın.
- Pendiri onun üzərinə bərabər miqdarda əlavə edərək yayın.
- Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40-50 dəqiqəyəcən bişirin.
- Süfrəyə verməmişdən əvvəl bir qədər soyuda bilərsiniz, amma isti ikən lap ləzzətli olur.
- Nuş olsun!
Hakkında – gül kələmli zapekanka börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.
Ela