
göbələkli piroq
Göbələkli piroq
Ərzaqlar
- 400 q un
- 200 q marqarin
- 200 q qatıq
- 1 ç.q. soda
- duz
- istiot
- 125 q qurudulmuş göbələk
- 50 q baş soğan
- 50 q bitki yağı
- 2 x.q. doğranmış göy soğan
Hazırlanması
- Un, marqarin, qatıq, soda və duzdan xəmir yoğurun.
- Soyuducuda 1 saat saxlayın.
- Qurudulmuş göbələkləri 1,5 saat ərzində soyuq suda saxlayın (suyu tullamayın).
- Sonra yuyub xırda-xırda doğrayın.
- Soğanla birlikdə qovurun, duzlayın.
- Göbələyi islatdığınız sudan azca əlavə edib hazır olana qədər bişirin. Soyudun.
-
Xəmiri yayın. Yağlanmış siniyə qoyun.
- Kənarlarını qaldırın. Hazırladığınız qarışığı xəmirin üzərinə yayıb üstündən doğranmış göy soğan səpin.
-
Piroqu sobada orta dərəcədə 20-25 dəqiqə, sonra isə temperaturu artıraraq daha 10-15 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh