
Göbələk Sote (yeni)
Göbələk Sote (yeni)
Ərzaqlar
- 3 xörək qaşığı zeytun yağı
- 250-300 qram ağ göbələk yaxud adi göbələk
- 1 xörək qaşığı duzsuz kərə yağı
- duzu və qara istiot
- ½ xörək qaşığı doğranmış sarımsaq
- ½ çay qaşığı doğranmış təzə kəklikotu
- 2 çay qaşığı təzə limon şirəsi
- ¼ fincan quru ağ şərab
- Üzərini bəzəmək üçün:
- ½ xörək qaşığı doğranmış cəfəri +əlavə
Hazırlanması
- Tava yüksək dərəcəli odda qızdırılır, zeytun yağı tökülür.
- Yağ dağ olanda göbələklər əlavə olunur və bir lay kimi yayılır. Lakin qarışdırılmamalıdır.
- Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənəcən qızardılır.
- Əgər göbələklər vaxtından əvvəl qarışdırılsa onlar su salacaq və buğa düşəcək.
- Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək lazımdır.
- Bu qayda ilə göbələklər təxminən 5 dəqiqə yüksək odda bişirilməlidir.
- Sonra bişmiş göbələklərin suyu çıxıbsa, göbələklər tam süzülür və göbələklər yenidən tavaya əlavə olunur.
- Üzərinə yağ əlavə edib hərdənbir qarışdırmaqla yaxşıca qovrulana kimi 2-3 dəqiqə bişirilir.
- Duz,istiot və sarımsaq əlavə olunur.
- Sarımsaq yüngül qovrulana kimi təxminən 2 dəqiqə bişirilir.
- Kəklikotu və limon şirəsi qatılıb və su buxarlanadək bişirilir.
- Sonra şərab əlavə edilir,odun dərəcəsi azaldılır və göbələklər sousun içində şirələnənədək qaynadılır.
- Cəfəri əlavə edilir, yemək boşqaba tökülüb, dərhal süfrəyə verilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh