
Göbələk Peçenya
Göbələk Peçenya
Ərzaqlar:
- 2 paket buğda nişastası
- 1 stəkan un
- 2 ədəd yumurta
- 1 paket marqarin
- 1 çay qaşığı qabartma tozu
- 1 paket pudra şəkəri
Üzərinə:
- 1 çay qaşığı kakao
Hazırlanması:
- Geniş xəmir yoğurma qabında buğda nişastasını, 1 su stəkan unu, 2 ədəd yumurtanı, 1 paket otaq istiliyində yumşaldılmış marqarini, 1 çay qaşığı qabartma tozunu və 1 paket pudra şəkərini qarışdırın.
- Xəmir yapışmayacaq şəklə gəlincəyə qədər onu yoğurun .
- Soba qabının ölçüsündə yağlı kağız qoyun. Qabın içinə yerləştdirin.
- Xəmirdən qoz böyüklüyündə parçalar qoparın.Əlinizdə yuvarlaq şəkil salın.
- Kiçik xəmir toplarını nimçəyə düzün.Yuvarlaq kiçik bir şüşə qapağını kakaoya batırın.
- Sonra kiçik xəmir topunun üzərinə batırln.
- Əvvəlcədən orta alovda isidilmiş sobada piçenyalarin üzəri çox yüngül qızarana qədər bişirin.
ən son şərh