
futbol topu salati
“Futbol topu” salatı
Ərzaqlar
- 200 q sevdiyiniz balıq növü
- (qeyd edim ki, bu ətdən və toyuqdan da hazırlana bilər)
- 400 q qaynadılmış kartof
- 300 q pomidor
- 2 ədəd yumurta
- 2 ədəd balaca soğan ya da göy soğanın saplağı (şəkildə gördüyünüz kimi)
- Duz
- Mayonez
- Üzərini bəzəmək üçün:
- 3 ədəd yumurtanın ağı
- Zeytun
- Göyərti
Hazırlanması
- Balığı qızartdıqdan sonra qoyun qırağa, azca soyusun, sümüksüz yerindən salat üçün ayırırıq, çəngəllə gördüyünüz kimi açırıq.
- Pomidoru dördkünc formada doğrayırıq, kartofu, yumurtanı da doğrayırıq.
- Soğanı nazik-nazik, halqa şəklində doğrayıb hamısını bir qaba əlavə edirik ,azca duz və mayonez vururuq.
- İndi salatı bəzəməyə başlayaq, hazırladığımız qarışıqdan təpə düzəldirik.
- Yumurtanın ağını xırda-xırda doğrayırıq, təpənin üzərinə əlavə edirik.
- Zeytunları da xırda-xırda doğrayırıq və topun üzərindəki qara rəngli dairələri düzəldirik, sonunda isə göyərtidən qabın qıraqlarına yığırıq.
Hakkında: Gözəl dizaynı olduğu üçün bu saalt uşaqıarın çox xoşuna gəlir.
ən son şərh