
fransiz salati
Fransız Salatı
Ərzaqlar
- 400 q toyuq ciyəri
- 1 soğan
- 3 yumurta
- 1-2 turş alma
- 150-200 q bərk pendir
- mayonez
Hazırlanması
- Toyuq ciyərini bir qədər bitki yağı əlavə etməklə tam bişənəcən qovurun. Sonra isə nazik saman kimi doğrayın.
- Soğanı ayrıca qovurun.
- Pendiri sürtgəcin iri gözündən keçirin.
- Almanı nazik saman kimi doğrayın.
- Yumurtanı xırdalayın.
- Lay-lay, arasına mayonez çəkməklə boşqaba düzün. Zövqünüzə görə bəzəyin.
Hakkında: Olduqca yüngül və ləzzətli salatdır. Çox asan salatlardan sayılan fransız salatı həmdə çox faydalıdır.
ən son şərh