
Fıstıqlı və Acılı Toyuq
Fıstıqlı və Acılı Toyuq
Ərzaqlar
- 1 toyuğun sümüksüz bud və sinə hissəsi
- 3 dolmalıq bibər
- 1 yumurta
- 2 baş soğan
- 1 kök
- 2 yaşıl soğan
- 2 bibər
- 2 diş sarımsaq
- 4 çay qaşığı nişasta
- 1-2 xörək qaşığı soya sosu
- 1 çay stəkanı su
- 1 xörək qaşığı şərab
- 2 çay qaşığı duz
- 2 çay qaşığı şəkər tozu
- 1 kub toyuğun bulyonu
- 1 çay qaşığı sirkə
- 1 su stəkanı fısdıq
Hazırlanması
- Toyuq ətini kiçik kub şəklində doğrayın.
- Təzə soğanları təmizləyib incə incə doğrayın.
- Kökləri halqa halqa doğrayın.
- Dolmalıq bibəri dörd hissəyə bölüb incə doğrayın.
- Soğanı soyub iri iri doğrayın.
- Fıstıqları soyub iki hissəyə ayırın.
- Sarımsaqları soyub yenə halqa halqa doğrayın.
- Toyuq ətini 1 çay stəkanı su və yumurta ağı ilə qarışdırın.
- Sonra yumurta sarısı əlavə edib qarışdırın.
- Duz, əzilmiş bulyon, 1 xörək qaşığı şərab və nişasta əlavə edib bir daha qarışdırın.
- Qazanda 2-3 xörək qaşığı yağı atıb qızardın.
- Toyuqları əlavə edib yüngül qızarana qədər qızardın.
- Kəfgir ilə bir qaba alın.
- Yaşıl və baş soğanı, sarımsağı və bibəri tavada qalan yağda bir az qovurub sonra ətləri bu qarışığa əlavə edin.
- Kök və bibərləri toyuq ətlərinə əlavə edib hamısını birlikdə bir dəfə daha tavada 2-3 dəqiqə qovurun.
- Tavanı atəşdən götürüb qovrulmuş ətlərin üzərinə çox az sirkə, şərab, duz və şəkər tozu səpin.
- Fıstıqları əlavə edib qarışdırın və yemək hazırdır.
Hakkında: Bişirilməsi asan olan çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh