
Evdə hazırlanan ürək formalı marshmallow
Ərzaqlar
- 21 gr toz jelatin (4 yemək qaşığı)
- 240 ml (1 su stəkanı) su
- 300 gr (1+1/2 su stəkanı) toz şəkər
- 300 gr (1 su stəkanı) glükoza
- Yarım çay qaşığı duz
- 1 yemək qaşığı vanil
- 80 gr (1/2 su stəkanı) pudra şəkəri (ikiyə bölünmüş)
Hazırlanması
- 2 ədəd boşqaba içlərinin hər yerini tutacaq şəkildə duru yağ tökün.
- Böyük mikser qabına jelatin və suyun yarısını (120 ml-yarım su stəkanı) tökün.
- qarışdırıb saxlayın.
- Dərin amma kiçik qazana və ya sous tavasına suyun qalanını, glikoz, toz şəkər və duzu tökün.
- Şəkər əriyənə qədər qarışdırın.
- Şəkər əriyəndə altını yandırın və qəti qarışdırmayın. qaynamaya başladıqdan 1 dəqiqə sonra qazdan götürün.
- jelatinli qaba əlavə edin.
- Hamısını tökdükdən sonra mikserinizlə 10 dəqiqə qarışım soyuyub ağ halda qabarana qədər qarışdırın.
- Vanili əlavə edin.
- qarışdıkdan sonra yağlı boşqaba marshmallowunuzu paylaşdırın.
- Üzərlərini düzləşdirin.
- Pudra şəkərinin yarısını (40 gr-1/4 su stəkanı) üzərlərinə səpin.
- Üzərini örtmədən soyuducuya qoyun və 3 saat saxlayın.
- Soyuducudan çıxarmadan əvvəl boşqaba pudra şəkərinin qalanını tökün.
- Ürək formalı qəliblərinizi duru yağ ilə yağlayın və sıxaraq ürəklər çıxarın, boşqaba qoyub üzərinə pudra şəkəri səpin.
- Ürək qəlibinizi yağlayın yoxsa yapışar.
- Sonrasında pudra şəkərinə bulayın.
Nuş olsun!
Evdə hazırlanan ürək formalı marshmallow çay saatlarınızın əvəzsiz şirniyyatıdır.
ən son şərh