
Düymə Şirniyyatı
Düymə Şirniyyatı
Ərzaqlar
- 125 qram marqarin
- 2 su stəkanı qovrulmuş un
- 2 ədəd yumurta
- 1 su stəkanı un
- 1 paket qabartma tozu
- 1 qəhvə fincanı soda
- 1 çay qaşığı vanil
- 2 xörək qaşığı marmelad
- 2 xörək qaşığı badamŞərbəti üçün :
- yarım su stəkanı şəkər tozu
- 1 xörək qaşığı limon suyu
- 1 çay qaşığı vanil
- 1 su stəkanı su
Hazırlanması
- Əvvəlcə şərbəti hazırlayın.
- Bunun üçün 1 su stəkanı su və bir yarım su stəkanı şəkər tozu qaynadın.
- Ocaqdan götürüb , 1 xörək qaşığı limon suyu və 1 çay qaşığı vanil əlavə edin.
- Soyumağa qoyun.
- Bu vaxt ərzində qazana yağ və qovrulmuş unu əlavə edib 15 dəqiqə qovurun.
- Soyumağa qoyun.
- Yumurta, un, qabartma tozu, soda və vanil əlavə edib yoğurun.
- Hazırladığınız xəmirdən yumurta böyüklüyündə parçalar qoparın.
- Əlinizdə yuvarlayın.
- Baş barmağınızla ortalarına basaraq çuxur yaradın.
- Yağlanmış boşqaba düzün.
- Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin.
- Sobadan alıb , üzərinə soyutduğunuz şərbəti gəzdirin.
- Ortalarına marmelad və badam qoyub süfrəyə təqdim edin.
Hakkında: düymə şirniyyatı asan hazırlanan şirniyyatdır. Nuş Olsun!
4 Comments