
Dietik kəsmikli Rafaella
Ərzaqlar
- 2 xörək q. bal
- 15 dənə badam
- 250 qram yağsız kəsmik
- 100 qram kokos ovuntusu
Hazırlanması
- Kəsmiyi bal ilə qarışdırın.
- Əlinizlə qoz ölçüsündə toplar düzəldin.
- Içlərinə badam ləpəsi qoyun.
- Badamlı topları kakosda elə fırladın ki, kakos hər tərəfinə yayılsın.
- Sonra qaba yığıb soyuducuda 1 saat saxlayın.
- Dietik kəsmikli Rafaellalar servisə hazırdır.
Nuş olsun!
Dietik kəsmikli Rafaella şirniyyatı pahriz saxlayanların əvəzolunmaz seçimidir.
ən son şərh