Darçınlı zəncəfirli kök piroqu
Ərzaqlar
Tərkibi:
- Kök 4 ədəd
- Un 1,5 su stəkanı
- Üyüdülmüş darçın 1 çay qaşığı
- Muskat qozu ¼ çay qaşığı
- Uyüdülmüş zəncəfir ½ çay qaşığı
- Duru yağ ¾ su stəkanı
- Şəkər 1 su stəkanı
- Yumurta 3 ədəd
- Vanil ½ paket
- Qabartma tozu ½ paket
Hazırlanması
- Bir qab götürün və kökləri süzgəcin iri gözündən keçirin.
- Una qabartma tozu, darçın, zəncəfir və muskat qozunu əlavə edin.
- Yumurta yağ və şəkəri mikserlə çalın.
- Üzərinə süzgəcdən keçirilmiş kökləri və vanili əlavə edin.
- Unu da əlavə edin və taxta qaşıq ilə qarışdırın.
- Keks qablarına xəmiri qaşıqla qoyun.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh