
Damla şokoladlı ərikli tort
Ərzaqlar
- 500 ml süd
- 70 gr pudra şəkəri
- 1 ədəd çubuq vanil
- 60 gr quru ərik
- 80 gr qarğıdalı unu
- 3 yumurta
- 60 gr damla şokolad
Hazırlanması
- Qabı biraz kərəyağ ilə yağlayın.
- qaba kəsdiyiniz yağlı kağızı yapışdırın.
- Ərikləri kvadrat formada doğrayın.
- Vanil çubuğunu ortadan uzunlamasına kəsin və içindəki vanil toxumlarını bıçağınızla sıyırın.
- Sobanızı 160 dərəcədə isidin.
- Orta boy bir qazana süd, vanil çubuğu (həm çubuğu həm toxumları ilə birliktə), şəkərin yarısını tökün.
- Ərikləri də əlavə edin.
- Qaynamağa başlayanda yavaş yavaş qarğıdalı ununu əlavə edin.
- 5 dəqiqə qazda südün yarısını çəkənəcən qarışdıraraq bişirin.
- Altını söndürüb soyumağa qoyun.
- Bir qabda yumurtaları pudra şəkərinin digər yarısı ilə qarışdırın.
- Qarğıdalı unu qarışımı əlavə edin və qarışana qədər 1-2 dəqiqə qarışdırın.
- Qabınıza tökün.
- Üzərinə damla şokoladlarını səpin və sobaya qoyun.
- 30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.
- Soyuduqdan sonra təzə meyvələr və sous ilə servis edə bilərsiniz.
Nuş olsun!
Damla şokoladlı ərikli tort damla şokoladlı çox ləzzətli tortdur..
ən son şərh