
Dəvə Dabanı Paxlavası
Dəvə Dabanı Paxlavası
Ərzaqlar
- 1 çay stəkanı zeytunyağı
- 2 çay stəkanı su
- 2-3 damla limon
- kifayət edəcək qədər un (Yumşaq bir xəmir üçün )Açmaq üçün :
- 1 paket nişasta
- 1 çay stəkanı un İçi üçün :
- 1 su stəkanı çəkilmiş qoz Üzəri üçün:
- 250 qr kərə yağı ( qızdırılmış ) Şərbəti üçün:
- 2 su stəkanı şəkər
- 1 su stəkanından bir az çox su
- 5 damla limon şirəsi
Hazırlanması
- Zeytunyağı , su və limon suyunu qarışdırıb içinə unu yavaş yavaş əlavə edin.
- Əllə qarışdırın.
- Un əlavə edərək çox sərt olmayan xəmir yoğurun.
- 20 dəqiqə üzərinə dəsmal örtüb xəmiri saxlayın.
- Xəmirdən 12 ədəd qozdan bir az böyük toplar qoparın.
- Üzərinə nişastalı un qarışığı səpin.
- Oxlov ilə bazar lavaşından bir az daha böyük nişastalı un köməyi ilə yuxa açın.
- Hər bir lavaşı kənarlarından ortaya doğru dörd bir kənarından toplayın.
- Ortadakı büzülmüş hissəyə qoz qoyub, uc hissəsindən ortaya doğru bağlayın.
- Üzərinə qızdırılmış kərəyağını tökərək sobaya qoyun.
- Qızardıqdan sonra sobadan götürün.
- İstiliyi getdikdən sonra ilıq şərbəti üzərinə töküb süfrəyə təqdim edin.
Hakkında: dəvə dabanı asan hazırlanan şirniyyatdır. Nuş Olsun!
ən son şərh