Posted on 28 Yanvar 2015 by admin in Börək və Poğaçalar Reseptləri, Şirniyyat Reseptləri
Ərzaqlar
- 1.5 çörək və ya 1 paket tost çörəyi (çörəklər bayat olmalıdır)
- 3 yumurta
- 1.5 litr süd
- 10 dilim yağsız pendir
- 2 xörək qaşığı ərinmiş marqarin
Hazırlanması
- Normal çörək istifadə edirsinizsə üz hissələrini çıxarın və çox incə olmayacaq şəkildə dilimləyin.
- Tost çörəyi istifadə edirsinizsə kənarlarını kəsin.
- Çörəklərin yarısını istiliyə davamlı şüşə qaba düzün.
- Üzərinə bir az əridilmiş marqarin töküb yağsız pendir dilimlərini qoyun.
- Pendirin üzərini yenə çörək dilimləriylə bağlayıb bir az daha yağ gəzdirin.
- 3 yumurtanı südlə çırpıb çörəklərin üzərinə tökün.
- 24 saat soyuducunda gözlədin.
- Əvvəldən isitdiyiniz sobada üzəri qızarana qədər bişirin.
- Sobadan çıxar çıxmaz isti olaraq süfrəyə verin.
- Qeyd: İstifadə etiyiniz çörəyin kənarlarını atmayın. Sobada qızartdıqdan sonra çörək qırıntılarını galeta unu olaraq istifadə edə bilərsiniz.
ən son şərh