
Çiyələkli waffle
Ərzaqlar
- 1 stəksn süd
- 1 ədəd yumurta
- 1 Çay stəkanının ¼-i duru yağ
- 4 Yemək qaşığı şəkər
- 1 Paket qabartma tozu
- 1 Paket vanil
- Bir çimdik duz
- 1.5 Su stəkanı un
- Yarım kg çiyələk
- Üzəri üçün:
- şokolad
- Sadə dondurma
Hazırlanması
- Şəkər və yumurta ağ olana qədər qarışdırılır, daha sonra üzərinə süd, duru yağ, qabarma tozu, vanil, duz və un əlavə edilib qarışdırılır.
- Waffle aparatı yüngül yağlanıb qızdırılır və bir çömçə tavaya boşaldılır az temperaturda iki tərəfi də bərabər şəkildə bişirilir.
- Tavadan götürülüb üzərinə şokolad çəkilir, üzəri çiyələklər ilə bəzədilir ən son da istəyə bağlı olaraq şokolad gəzdirilir.
- Dondurma ilə servis edilir.
Nuş olsun!
Çiyələkli waffle meyvəli şirniyyatdır.
ən son şərh