
Çiyələkli şokoladlı tort
Ərzaqlar
- 300 qram tünd şokolad
- 150 qram kərə yağı
- 50 qram un
- 140 qram şəkər
- 1 çay q. vanil
- 3 yumurta
- 50 qram çiyələk meyvəsi
- Təzə nanə zövqə görə
- 0,5 paket qabartma tozu
Hazırlanması
- Un və şəkəri qarışdırın.
- Yumurta əlavə edin.
- Şokoladı su vannasında əridin və una qatın.
- Yumru soba qabına qida kağızı qoyun və xəmiri ora tökün.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin.
- Soyuyandan sonra doğranmış çiyələkləri üstünə düzün.
- Qlazur üçün şokoladı su vannasında əridin və tortun üstünə tökün.
- Nanə yarpaqları ilə bəzəyin.
Nuş olsun!
Çiyələkli şokoladlı tort şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh