
Çiyələkli-bananlı keks
Ərzaqlar
- 150 qram un
- 200 qram kərə yağı
- 3 yumurta
- 0,5 su stəkanı şəkər
- 2 ədəd banan
- 12 ədəd çiyələk
- 1 paket qabartma tozu
- 1 paket vanil
Hazırlanması
Bananları bir qabda çəngəl ilə əzin, çiyələyi xırda-xırda doğrayıb başqa bir qaba yığın.- Yağı şəkər ilə qarışdırın, yumurtanı, vanili əlavə edib mikserilə çalın və hissə-hissə əzilmiş bananı əlavə edərək çalın.
- Unu qabartma tozu ilə qarışdırıb üzərinə əlavə edin.
- Alınmış kütləni keks qablarına doldurun.
- Üzərinə doğranmış çiyələkləri düzün.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Çiyələkli-bananlı keks şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh