
Çili Şorbası
Çili Şorbası
Ərzaqlar
- 400 q qiymə
- 600 q lobya
- 2 pomidor
- 1 ədəd bolqar bibəri
- 1-2 ədəd çili istiotu
- 2-3 ədəd soğan
- 5-6 diş sarımsaq
- 400 ml ət suyu (bulyon)
- 2-3 x.q. tomat pastası
- 1 ç.q. üyüdülmiş zirə və razyana
- sürtgəcdən keçirilmiş pendir – zövqə görə
Hazırlanması
- Soğanı, bibəri və çili istiotunu doğrayın.
- Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün.
- Pomidorların üstünə qaynar su töküb 1 dəqiqə saxlayın, qabığını soyun.
- Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.
- Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun.
- Hazır olana yaxın cirə və razyana əlavə edin.
- Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin.
- Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı çox azaldın, vam odda 25-30 dəqiqə bişirin.
- Sonra bişmiş lobyanı əlavə edib daha 5 dəqiqə bişirin.
- Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün.
- Yanında üzərinə yağ çəkilərək sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.
Haqqında: Asan və ləziz salatlardan sayılır.Nuş olsun!
ən son şərh