
Cevizli qızılgül
Cevizli qızılgül
Ərzaqlar
- 1 st. manna yarması
- 1 st. bitki yağı
- 130 q kərə yağı
- 0,5 st. qatıq
- vanil
- 1 yumurta
- 0,5 paket qabartma tozu
- duz (zövqə görə)
- qoz
- 1 st. su
- 2 st. şəkər tozu
- 1 mandarinin şirəsi
Hazırlanması
- Kərə yağını əridin, içinə manna töküb yaxşıca qarışdırın.
- Qatıq əlavə edin. duz, qabartma tozu, vanil, yumurta da vurub yaxşıca çalın. Unu da əlavə edib qarışdırın.
- Xəmiri yayın. Stəkanın köməyilə çoxlu dairələr kəsin. Bunlar qızılgüllərin ləçəkləri olacaq.
- 4 dairəni götürüb biri yarısınadək o birinin üstünə çıxmaqla sıraya düzün.
- Üstdəki dairənin ortasına qoz ləpəsinin 1/4-ni 2 ədəd ard-arda olmaqla uzunasına yerləşdirin, sonra isə elə üstdəki dairədən başlamaqla bükün.
- Alınan borucuğu bıçaqla ortadan iki yerə bölün – iki “qızılgül” alınacaq.(Bunu başqa cür də edirlər: dairələri iri kəsir, bir dairəni dörd tərəfdən çərtir, ortasına xırdalanmış ceviz tökür və ləçəkləri ortaya doğru bükürlər).
- 200 dərəcə qızdırılmış sobada, qızılı rəng alanadək bişirin.
- Qızılgüllər bişənədək sirop hazırlayın. Bunun üçün şəkər tozunu mandarin şirəsi ilə qarışdırıb şəkər tozu əriyənədək bişirin.
- Bişmiş qızılgülləri sobadan çıxarın, üzərinə sirop gəzdirib bir müddət saxlayın.
Nuş Olsun!
Hakkında: Çətin görünsədə bişirilməsi asan olan bu şirniyyat həmdə göz oxşayandır.
slm manna yarmasi qatilmasa olmazmi?eger tokmesem nece alinar