
borsch
Borş (Borsch)
Ərzaqlar
- 1 kq mal əti
- 500 qr kartof
- 300 qr təzə kələm
- 400 qr çuğundur
- 200 qr kök
- 200 qr soğan
- 3 x.q. “Bizim Tarla” tomat pastası
- 1 ç.q. 6%-li sirkə
- 2-3 diş sarımsaq
- 2-3 dəfnə yarpağı
- Cəfəri
- Azərduz yodlu narın xörək duzu, istiot
- Bitki yağı
- Zövqə görə göyərti
Hazırlanması
- Borşun tərkibi 4 litr tutan qazana görə hazırlanmışdır. Ətin üzərinə su tökülüb 1,5 saat qaynadılır. Sonra qaynadılmış ət kiçik tikələrə ayrılır. Kələm şəkildəki ölçüdə doğranır. Soğan xırda-xırda doğranır. Çuğundur da çubuq şəklində doğranır. Kartof küp şəklində doğranır. Əvvəlcə çuğundur bitki yağında qızardılır.
- Sirkə,tomat suyu əlavə edib 5-7 dəqiqə bişirilir. Bitki yağında soğan qovrulur. Kök əlavə olunub yenə qovrulur. Qaynayan bulyona kartof əlavə olunub duzlanır. Bulyon qaynamağa başladıqda kələm əlavə olunub 5 dəqiqə bişirilir. Çuğundur əlavə edib daha 10 dəqiqə bişirilir. Soğan və kök əlavə olunur.
- rdından dəfnə yarpağı və cəfəri əlavə olunur,duz və istiot vurulur. Sarımsaqəzənlə sarımsaq əlavə olunur,2-3 dəqiqə bişdikdən sonra ocaqdan alıb 15-20 dəqiqə saxlanır. Hazır borşu servis edərkən üzərinə zövqə görə xama və göyərti qoyulur.
Nuş olsun!
Hakkında: Rusların milli şorbası dedikdə borş yada düşür. Bu yemək növü Ukraynadada çox məhşurdur.
ən son şərh