
bolqar bibərli toyuq salatı
Bolqar Bibərli Toyuq Salatı
Ərzaqlar
- 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
- 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
- 1 ədəd qabığı soyulmuş xiyar
- (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
- 2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
- 1 ədəd yaşıl Bolqar bibəri
- 1 ədəd qırmızı Bolqar bibəri
- 1 ədəd sarı və ya narıncı Bolqar bibəri
- zövqə görə xırda doğranmış şüyüt
- zövqə görə duz
- zövqə görə istiot
- 4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)
Hazırlanması
- Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
- Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
- Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.
Nuş Olsun!
One Comment