Bizeli limonlu piroq

Ərzaqlar

  • Tərkibi:
  • 220 qram un
  • 110 qram kərə yağı
  • 1 yumurta sarısı
  • 50 qram şəkər pudrası
  • İçlik üçün:
  • 250 qram süd
  • 30 qram şəkər pudrası
  • 3 yumurta sarısı
  • 30 qram nişasta
  • 1 limon şirəsi
  • 2 limonun qabığı
  • Bize üçün:
  • 5 yumurta ağı
  • 250 qram şəkər pudrası

Hazırlanması

  1. Unu yağ ilə döyün. Üzərinə yumurta sarısı şəkər pudrasını əlavə edib xəmiri hazırlayın. Kündələyib 30-40 dəqiqə soyuducuya qoyun.
  2. Kremi hazırlamaq üçün 2 limon qabığın sürtgəcdən keçirdin, birinin şirəsin sıxın.
  3. Südə şəkəri əlavə edin və odda qızdırın (qaynamasın).
  4. Yumurta sarısını nişasta ilə qarışdırın.
  5. Üzərinə südlü qarığışı yavaş-yavaş əlavə edərək qazda qaynayanadək qarışdırın. 5 dəqiqə qarışdırmağa davam edərək bərkiməyini gözləyin.
  6. Krem soyuduqdan sonra limon şirəsi və qabığını əlavə edin.
  7. Xəmiri katalka ilə yayıb soba qabına elə yerləşdirin ki, qabın yanların da örtsün.
  8. Xəmiri çəngəl ilə bir neçə yerdən deşin.
  9. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
  10. Yumurta ağını şəkər ilə köpük halınadək çalın.
  11. Hazırladığınız bize xəmirinin yarısını kremə əlavə edin və aşağı odda 5 dəqiqə qarışdırın.
  12. Kremi xəmirin üzərinə əlavə edib hər tərəfə bərabər yayın.
  13. Qalan bize xəmirini kremin üzərinə əlavə edin.
  14. Yenidən sobaya qoyub 20-25 dəqiqə üsdü qəhvəyi rəng alanadək bişirin.
  15. İncə dadlı bizeli limonlu piroq bütün bayram süfrələrinin bəzəyidir.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10