Bizeli cemli piroq
Ərzaqlar
- 200 qram kərə yağı
- 200 qram şəkər tozu
- 3 yumurta
- 3,5 su stəkanı un
- Mövsümə uyğun cem
- 100 qram qoz
- 1 paket qabartma tozu
- 1 paket vanel
Hazırlanması
- Yumurtanın ağın sarıdan ayırın.
- 100 qram şəkərlə yumurtanın ağın mikserlə bize halına gələnə qədər çalın.
- Ayrı qabda yağla şəkəri əllə qarışdırın. (yağ öncədən yumşalmış formada olmalıdır.)
- Yumurtanın sarısın əlavə edin və yenidən qaşıqla qarışdırın.
- Qabartma tozu və vaneli unla qarışdırın və xəmirə əlavə edin. Yumşağ xəmir alınmalıdır.
- Soba qabını yağlayın və xəmirə ora əllə yayın.
- Qozu xırda-xırda doğrayın və xəmirin üzərinə əlavə edin.
- İstədiyiniz cemi xəmirin üzərinə tökün və hazırladığınız bizeni xəmirin hər tərəfinə yayın.
- Öncədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
- Soyuduqdan sonra doğrayıb serviz edə bilərsiniz.
Nuş Olsun!
Cem mövsümə görə dəyişə bilər.
ən son şərh