
Bayat keksdən tort
Ərzaqlar
- 10 dilim qədər bayat keks
- 2 yemək qaşığı kakao
- 3 yemək qaşığı şəkər
- 1 çay qaşığı darçın
- 1 rəndələnmiş portağal qabığı
- 1 su stəkanına yaxın süd
- Arası üçün:
- 1 qutu sadə krem şanti
- 1.5 çay stəkanı süd
- Üzəri üçün:
- əridilmiş tünd şokolad
Hazırlanması
- Keksləri bir qabın içində xırdalayın.
- Kakao, portağal qabığı, şəkər və darçını əlavə edib qarışdırın.
- Südü az az əlavə edərək qarışıma forma verə bilərsiniz.
- Qarışımdan bir hissə götürüb əlinizdə yumrulayın.
- Keks xəmirini iki sıra streç sərilmiş stolun üzərinə töküb əlinizlə düzədin və oxlovla 4bucaq şəklində açın.
- Krem şantini südlə qarışdırın və arasına çəkin.
- Streçin köməyi ilə rulon edin.
- Streçi üzərinə örtüb soyuducuya qoyun.
- Servis edən zaman dilimləyib şokolada batırıb servis edə bilərsiniz.
Nuş olsun!
Bayat keksdən tort meyvəli darçınlı şirniyyatdır.
ən son şərh