Bananlı kivili zefirli desert
Ərzaqlar
- Tərkibi:
- 6 ədəd zefir
- 2 ədəd kivi
- 2 ədəd banan
- 120 qram ovulan peçenye
- 90 qram şokolad
- 3 xörək qaşığı xama
- Bəzək üçün:
- Kakos ovuntusu
Hazırlanması
- Zefiri 2 hissəyə bölün.
- Kivini xırda formada doğrayın.
- Peçenyeni blendrlə xırdalayın.
- Bananı xırda formada doğrayın.
- Blendrlə banan və 2 xörək qaşığı xamanı yaxşı çalın.
- Desrt qabına deserti hazırlamaq üçün 1 çay qaşığı peçenye 2-ci qat kivi, 3-cü qat blenrlə çalınmış bananı əlavə edin. Şokoladı sürtgəcin iri gözündən keçirdin.
- Desertin üzərinə şokolad və kakos ovuntusunu səpin.
- Şokoladlı zefir də götürə bilərsiniz.
Nuş Olsun!
ən son şərh