
Bananlı kəsmikli desert
Ərzaqlar
- 2 ədəd banan
- 3 xörək q. 15%-li xama
- 6 xörək q. şəkər
- 200 qram şokolad
- 4 xörək q. küncüt
- 1 çay q. vanil
- 1 xörək q. portağal qabığı
- 600 qram 5%-li kəsmik
Hazırlanması
- Kəsmik, şəkər, vanil və sürtgəcdən keçirilmiş portağal qabığını mikserlə çalın.
- Bu krem 2 banan üçün nəzərdə tutulub.
- Kremi 4 hissəyə bölün və düz qaba banan formasında yayın, üstünə qabığı təmizlənmiş banan qoyun və yenidən üstünə krem elə tökün ki, bananların hər tərəfi kremlə örtülsün.
- Şokoladı su vannasında əridin və kəsmikli qarışıqlı bananların üstünə tökün.
- Üstünə xırdalanmış küncüt və ya sürtgəcdən keçirilmiş qoz səpin.
- Soyuducuya qoyub soyumasını gözləyin.
- Banan ətirli belə desertlə səhər isti çay içmək insanın bütün gün əhvalını yüksək edir.
Nuş olsun!
Bananlı kəsmikli desert şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh