
Balqabaqlı ağ şokoladlı peçenyelər
Ərzaqlar
- 115 gr (1/2 su stəkanı) kərəyağı
- 50 gr (1/4 su stəkanı) qəhvəyi şəkər
- 100 gr (1/2 su stəkanı) şəkər tozu
- 1 yemək qaşığı vanil
- 86 gr (6 yemək qaşığı) balqabaq püresi
- 190 gr (1,5 su stəkanı) un
- 1/2 çay qaşığı duz
- 1/2 çay qaşığı qabartma tozu
- 1,5 yemək qaşığı darçın
- 1 yemək qaşığı qarışıq balqabaqlı keks ədviyyatı
- 90 gr (1/2 su stəkanı) kiçik parçalanmış ağ şokolad
- qurabiyələri bulamaq üçün;
- 100 gr (1 su stəkanı) şəkər
- Yarım yemək qaşığı darçın
Hazırlanması
- Kərəyağını əridin. (isti olmasın).
- Bir qabda kərəyağ, qəhvəyi və toz şəkəri qarışdırın.
- Vanili və balqabaq püresini də əlavə edin və qarışdırın.
- Bir qabda un, qabartma tozu, duz, darçın və qarışıq ədviyyatı tökün.
- Kərəyağlı qarışıma əlavə edin.
- Xəmir halına gələndə ağ şokoladları da əlavə edin.
- Xəmiri yarım saat soyuducuda saxlayın.
- Kiçik bir qabda qurabiyə toplarını bulamaq üçün toz şəkər və darçını qarışdırıb hazırlayın.
- Sobanızı 180 dərəcədə isitməyə başlayın.
- İki ədəd soba qabına yağlı kağız sərin.
- Xəmiri soyutduqdan sonra xəmirdən 1,5 yemək qaşığı götürün, əlinizlə yumrulayın və darçınlı şəkərə bulayıb soba qabına bütün topları aralarında boşluq qalacaq şəkildə düzün.
- Üzərlərini çox yüngül sıxın və sobaya qoyun. sobada 8-10 dəqiqə bişirin.
- Sobadan çıxaranda üzərlərinə ağ şokolad parçaları səpin.
Nuş olsun!
Balqabaqlı ağ şokoladlı peçenyelər darçın sevənlərin şirniyyatıdır.
ən son şərh