
Balıq Katleti
Balıq Katleti
Ərzaqlar
- 2 ədəd palamut balığı
- 2 baş soğan
- 2 dilim bayat çörək
- 3 ədəd yumurta
- 1 kiçik dəstə cəfəri
- 2 qəhvə fincanı zeytun yağı
- kifayət edəcək qədər duz, qara bibər
- 1 çay stəkanı un
Hazırlanması
- Palamutları təmizləyin.
- 1 ədəd soğanı dörd parçaya bölərək bolca suda yaxşıca qaynadın.
- Balıqları sudan çıxarıb ətləri pullarından ayırın.
- İsladılmış və sıxılmış çörək içi, rəndələnmiş soğan, 1 yumurta, duz, qara bibər və doğranmış cəfərini qataraq yaxşıca yoğurun.
- Yoğrulan bu qarışıqdan qoz böyüklüyündə parçalar alıb ovuc içində yumru kotletlər edərək una bulayın.
- Qalan iki yumurtanı çırpın.
- Una bulanmış katletləri yumurtaya bulayıb qızdırılmış yağda tavanın sapından tutub yelləyərək qızardın.
- Yanında soğan, cəfəri əlavə edərək süfrəyə təqdim edin.
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh