
Badımcanlı Makaron
Badımcanlı Makaron
Ərzaqlar:
- 1 paket makaron
- 2 yemək qaşığı marqarin
- Duz (damaq dadınıza görə)
Badımcanlı sous üçün:
- Yarım kq kub kəsilmiş hinduşka əti
- 3 ədəd orta boy badımcan
- 3 ədəd orta boy pomidor
- 2 ədəd iri yaşıl bibər
- 1 ədəd orta boy soğan
- 2 yemək qaşığı bitki yağ
- Duz, qara bibər, qırmızı bibər (damaq dadınıza görə)
- Badımcanları qızartmaq üçün 2 stəkan bitki yağ
Hazırlanması:
- Bir qazana makaronun miqdarına görə su, yağ və duz qoyub qaynadın.
- Qaynayınca makaronları əlavə edin. Bir az qaynadıqdan sonra ocağın dərəcsini azaldın və suyu çəkildikdən sonra ocaqdan götürün.
- Qaşıqla yaxşıca qarışdırın. Süfrəyə vermək üçün qaba qoyun və üzərinə badımcanlı sousu tökün.
- Badımcanlı sous: badımcanları yuyub soyun. Xırad xırda doğrayıb duzlu suda 10 dəqiqə gözlədin.
- Suyunu sıxın və qızdırılmış yağda yüngül qızardın. Kağız salfet qoyulmuş qaba tökün.
Hakkında – Badımcanlı Makaron Turkiyədə çox sevilən yeməklərindən birindir. Bu yeməyi hazırlamaq çox asandır, əziyyətsizdir və vaxt aparmayan yemək növünə aiddir. Hazırlayıb və dadmanızı tövsiyə edirəm.
İndidən nuş olsun.
ən son şərh