
Badamlı və Holland Pendirli Qarışıq Tərəvəz
Badamlı və Holland Pendirli Qarışıq Tərəvəz
Ərzaqlar
- 800 qr kartof
- 200 qr noxud
- 1 ədəd soğan
- 100 qr dana əti
- 1 ədəd mozzarella və ya dil pendiri
- 4 ədəd pomidor
- 60 qr badam
- cəfəri
- ətsuyu
- rəndələnmiş pendir və ya köhnə holland pendiri
- kərə yağı
- duz , istiot
Hazırlanması
- Bir tavaya qoyduğunuz 20 qr (1 xörək qaşığından bir az çox ) yağda, doğranmış soğanı qovurun.
- Tərəvəzlərin duzunu və qara bibərini əlavə edib bir neçə dəqiqə qarışdıraraq bişirin kartofları yuyub soyduqdan sonra incə incə dilimləyin.
- Yağladığınız soba qabına ilk olaraq kartofları düzün və sonra üstünə tərəvəzlərin yarısını, dilimlənmiş mozzarelle ya da dil pendirinin yarısını, kub şəklində doğranmış pomidor və budun yarısını qoyun.
- Duz, qara bibər əlavə etdikdən sonra ikinci kartof qatını düzün.
- Digər ərzaqların qalanını da eyni qaydada qoyub əməliyyatı bitirin.
- Səthini 2 xörək qaşığı doğranmış cəfəri, incə dilimlənmiş badam və 2 xörək qaşığı parmesan pendiri ya da köhnə holland rəndəsiylə örtün.
- Bütün ərzaqların üstünə 4 çömçə ətsuyu tökdükdən sonra qabı, əvvəldən istilədiyimiz 180 dərəcəlik sobaya qoyun.
- 45 dəqiqə sonra çıxarıb eyni qabda servis edə bilərsiniz.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh