
ay çörəyi
Ay Çörəyi
Posted on 25 Mart 2014 by admin in Biskvet Peçenye Reseptləri, Digər Şirniyyatlar
Ərzaqlar:
- 3 stəkan un
- 100 qr. marqarin
- 1 qəhvə fincanı süd
- 1 ədəd yumurta ağı
- bir miqdar yaş maya
- 1 stəkan döyülmüş fındıq
- 1/ 2 stəkan şəkər tozu
- 1 dilim bayat çörək içi
- 1 yemək qaşığı quru üzüm
- 1 çay qaşığı darçın
Hazırlanması:
- 3 su stəkanı un , 100 qr marqarin , 1 qəhvə fincanı süd və 1 ədəd yumurta ağını bir kasada çalın.
- Bir çimdik yaş mayanı ilıq suda əridib digər qarışıqların içinə əlavə edin. Yoğuraraq xəmir edin.
- Üzərini nəmli bir dəsmalla örtün. 1 saat köpməsi üçün saxlayın.
- Ayrı bir qabda 1 su stəkanı döyülmüş fındıq, yarım su stəkanı toz şəkər , 1 dilim bayat çörək içi , 1 xörək qaşığı quru üzüm , 1 çay qaşığı darçın qoyun .
- Xəmirdən limon böyüklüyündə parçalar qoparın. Oxlovl ilə açın. Ortasına hazırladığınız qarışıqları qoyun.
- Rulet formasında qaltlayıb, yarım ay şəklində bükün .
- Üzərinə əzilmiş qoz-fındıq səpin. Əvvəldən isidilmiş 180 dərəcəli sobada üzəri qızarana qədər bişirib süfrəyə verin.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir.
ən son şərh