
asan pizza
Asan Pizza
Ərzaqlar:
- 12 dilim kəpək çörəyi
- 200 qr yağsız dana əti qiyməsi
- 200 qr göbələk
- 2 acı bibər
- 1 soğan
- 1 iri pomidor
- 3-4 diş sarımsaq
- 1 xörək qaşığı kərə yağı
- 12 xörək qaşığı rəndələnilmiş yağsız pendir
- duz, istiot, kəklikotu
Hazırlanması:
- Soğanı incə incə doğrayın, sarımsaqları əzin.
- Bibərləri halqa halqa dilimləyin.
- Teflon tavada kərəyağını əridib soğan, sarımsaq və bibərləri qovurun.
- Göbələkləri dilimləyip tavaya əlavə edin.
- 1-2 dəqiqə daha qovurduqdan sonra qiyməni əlavə edib qarışdırın.
- Qiyməni yaxşıca qovurulduqdan sonra rəndələnilmiş pomidoru, qara bibəri, kəklikotunu və duzu əlavə edin.
- Pomidor yumşalana qədər bişirin.
- Kəpək çörəklərini çörək qablarına düzün.
- Hazırladığınız qiyməli qarışığı çörəklərin üzərinə tökün.
- Hər dilimin üzərinə bir xörək qaşığı yağsız pendir rəndəsi səpib orta dərəcəli sobada pendir əriyənə qədər bişirin.
- Süfrəyə isti təqdim edin.
Nuş Olsun!
bu pizzanin uzerindeki qara halqavari doqranmis nedi reseptde yoxdur
Var xanim gobelek..
Zeytundur.