
Armudlu şokoladlı biskvit
Ərzaqlar
- (4 porsiya üçün)
- 75 qram kərə yağı
- 75 qram şəkər
- 2 yumurta
- 25 qram kakao
- 75 qram un
- ¼ çay q. qabartma tozu
- 4 armud
- 2 çay q. bal
- Şəkər tozu
Hazırlanması
- Armudlu şokoladlı biskvit hazırlamaq üçün əvvəlcə kərə yağı və şəkəri mikserlə çalın.
- Qabartma tozunu una qatın.
- Sonra kakaonu və unu əlavə edin.
- Alınmış kütləni 4 hissəyə bölün və keks qabına tökün.
- Armudların aşağı hissəsini kəsib tumlarını çıxardın, qabdakı xəmirlərin üzərinə qoyun.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin.
- Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Armudlu şokoladlı biskvit şirniyyatı asan hazırlanan şirniyyatdır.
One Comment