
Anadolu Sayağı Toyuq
Anadolu Sayağı Toyuq
Ərzaqlar
- Toyuq -1.2 kq
- Şüyüd – 300 q
- Göy soğan – 6 də
- Yumurta -2 əd
- Limon– 1 əd
- Zeytun yağı – 6 x.q
- Duz,istiot
Hazırlanması
- Toyuğu yuyub doğrayırıq.
- Toyuğa duz,istiot çəkib isti tavada her iki terefini qızardırıq.
- Göyərtiləri təmzləyib yuyuruq.
- Toyuğun üzərinə 1 stəkan su töküb doğradığımız göyərtini üzərinə əlavə edib ağzı açıq 20 dəqiqə bişiririk.
- Arada dadına baxırıq duzu az olsa duz əlavə edirik.
- Yumurtanın ağını limon şirəsi ilə ağ köpük halına gəlincəyə qədər çalırıq.
- Hazır olduqdan sonra yumurtanın sarısını hazırladığımız köpüyə əlavə edib asta – asta çalırıq.
- Qalan zeytun yağını yumurtaya əlavə edib qarışdırırıq.
- Haırladığımız qarışığı toyuğun üzərinə əlavə edib qarışdırırıq ki, yumurta hər tərəfə yayılsın.
- Yumurtanı qarışdıran kimi yemək hazırdı və qablara çəkirik.
Hakkında: Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh