
Amerikan Üsulu Güvənç Plovu
Amerikan Üsulu Güvənç Plovu
Ərzaqlar
- 1 su stəkanı amerikan düyüsü
- 3 xörək qaşığı soya yağı
- 350 qr servelat
- 200 qr kolbasa (doktorskaya)
- 1 soğan
- 1 diş sarımsaq
- 1 qırmızı bibər (bolgar bibəri)
- 200 qr pomidor
- 2 su stəkanı toyuq suyu
- 12 qara zeytun
- 1 çay qaşığı duz
- 1 çay qaşığı qara bibər
Hazırlanması
- Servelatı incə incə dilimləyin.
- Kolbasanı kiçik doğrayın.
- Soğan, sarımsaq və qırmızı bibəri doğrayın.
- Soya yağını tavada qızardıb servelat və kolbasanı onun içində qovurun.
- Soğan və sarımsağı əlavə qızarana qədər 2-3 dəqiqə bişirin.
- Qırmızı bibəri əlavə edib qovurun.
- Düyünü yuyub süzün.
- Kolbasalı qarışığa əlavə edib hərdənbir qarışdıraraq 3-4 dəqiqə bişirin.
- Pomidorların qabıqlarını soyub doğrayın.
- Pomidor və toyuq suyunu da qarışığa əlavə edib qarışdırın.
- Qaynayınca atəşi qısıb qapağı bağlı olaraq 15 – 20 dəqiqə bişirin.
- Zeytunu tumlarını çıxarın.
- Duz, qara bibər və zeytunu yeməyə əlavə edib yaxşıca qarışdırın və süfrəyə təqdim etmək üçün hazırdır.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh