
Almalı şokoladlı tort
Ərzaqlar
- 150 qram un
- 150 qram doğranmış qoz
- 3 xörək q. kakao
- 1 çay q. darçın
- Bir çimdik duz
- 250 qram kərə yağı
- 350 qram şəkər
- 3 yumurta
- 2 alma
Hazırlanması
- Şəkər və kərə yağını mikser ilə qarışdırın, yumurtaları əlavə edin.
- Digər ərzaqları da əlavə edin.
- Almaların qabığını soyun və xırda formada doğrayın.
- Xəmirə əlavə edin və yaxşı qarışdırın.
- Xəmiriniz hazırdır.
- Soba qabına yağlı kağız qoyun.
- Xəmiri yayıb əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.
- Soyuduqdan sonra üzərinə şəkər tozu və ya kakao səpin.
Nuş olsun!
Almalı şokoladlı tort şokoladlı şirniyyatdır.
ən son şərh