Almalı payız piroqu
Ərzaqlar
- Tərkibi:
- Kərə yağı 100 qram
- Un 170 qram
- Şəkər 6,5 xörək qaşığı
- Alma 3 ədəd
- Badam 2 xörək qaşığı
- Ərinmiş yağ 50 qram
Hazırlanması
- 140 qram un ilə 90 qram bərk formada kərə yağını bıcaqla döyün
- Xəmirə 100 qram soyuq su əlavə edin və kündə formasına salın.
- Xəmirin üstün örtün və soyuducuya qoyun.
- Almaların qabığın soyun və dilim formasında doğrayın.
- Soba qabına xəmiri 4 mm qalınlığında elə yayın ki, kənarları qabın ətrafını örtsün.
- Qalan un ilə şəkərin yarısını və badamı qarışdırın və xəmirin üsdünə səpin.
- Üzərinə doğranmış almaları düzün.
- Qalan 10 qram yağı əridin və xəmirin kənarlarına kist ilə çəkin. Almaların üzərinə qalan şəkəri səpin.
- Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin.
- Sonra sobanın temperaturu azaldın və 30 dəqiqə də xəmir qızılı qəhvəyi rəng alana qədər bisirin.
- Soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.
Nuş Olsun!
ən son şərh