Almalı, meyve qurulu maklı piroq
Ərzaqlar
- Tərkibi:
- 200 qram mak
- 150 qram şəkər
- 100 qram mannı yarması
- ½ limon
- 100 qram meyvə qurusu
- 50 qram qaysı qurusu
- 125 qram kərə yağı
- 5 yumurta
- ½ paket qabartma tozu
- ½ paket qabartma tozu
- 2 ədəd alma
- Bəzək üçün:
- Şəkər pudrası 2 xörək qaşığı
Hazırlanması
- Yumurta ağını sarıdan ayırın.
- Mak və qaysı qurusunun üzərinə qaynar su əlavə edin.
- Meyvə qurusunu və yumşalmış qaysı qurusunu doğrayın.
- Makı blendlə əlavə edib 2-3 xörək qaşığı şəkərlə əzin.
- Meyvə qurusu, mak və qaysı qurusunun üzərinə mannı yarmasın əlavə edib qarışdırın.
- Ayrı qabda kərə yağı ilə qalan şəkəri mikserlə çalın.
- Üzərinə yumurta sarısını, qabartma tozunu əlavə edin və çalmağa davam edin.
- Yumurta ağını başqa qabda köpük halınadək çalın.
- Almaları qabıqdan təmizləyin və sürtgəcdən keçirdib maklı qarışığa əlavə edin. Üzərinə limonun şirəsin sıxın.
- Maklı almalı qarışıqla kərə yağını birləşdirin, üzərinə yumurta ağını əlavə edib bir kütlə halı alanadək qarışdırın.
- 20×20 sm ölçüdə olan şüşə soba qabına xəmiri əlavə edin.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin.
- Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.
Nuş Olsun!
ən son şərh