Almalı Macar piroqu
Ərzaqlar
- 130 qram un
- 150 qram şəkər
- 160 qram mannı yarması
- 1/2 paket qabartma tozu
- ½ çay qaşığı darçın
- 120 qram kərə yağı
- 7 ədəd alma
- ½ paket vanil
Hazırlanması
- Bir qab götürün və unu mannı yarmasını, şəkəri, qabartma tozu, vanil və darçını qarışdırın.
- Almaları qabıqdan təmizləyin və sürtgəcin iri gözündən keçirin.
- Soba qabına perqament kağız qoyun və xəmirin 1/3 hissəsini ora əlavə edin.
- Almaları dilim formasında doğrayın və yarısını xəmirin üzərinə düzün. Bu prosesi bir də təkrar edin. Sonda ən üst qatda xəmir olmalıdır.
- Xəmirin üzərinə yağı sürtgəcdən keçirdin və səpin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh