
Alma dadlı qönçələr
Alma dadlı qönçələr
Ərzaqlar
- 250 q yağlı mayasız xəmir
- (əvvəlcədən donu açılmalıdır)
- 2 qırmızı qabıqlı alma
- 3 x.q. şəkər tozu
- şəkər pudrası
Hazırlanması
- Almaları dörd bölün, cecəsini kəsib çıxarın. 2 mm qalınlıqda dilimlərə doğrayın.
- Qazançaya 200 ml su tökün. Qaynadın. Şəkər tozu əlavə edin. Alma dilimlərini bu suya salıb 2-3 dəqiqə qaynadın, suyunu süzün. Almalar yumşalmalıdır.
- Donu açılmış xəmiri 1-2 mm qalınlıqda yayın.
- 3 sm eni olan 25-30 sm uzunluqda şəridlər kəsin.
- Bir şəridin üzərinə 5 dilim almanı azacıq bir-birinin üstünə çıxmaqla düzün. Dilimlər 1/3 ölçüləri qədər xəmirin bir tərəfindən kənara çıxmalıdır. Şəridi səliqə ilə boru kimi bükün.
- “Qönçə”nin aşağı hissəsindəki xəmiri alta qatlayın. Gözəl qızılgül qönçəsi alınacaq. Bunları perqament döşənmiş siniyə düzün.
- 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
- Çıxarıb soyudun. Tam soyuyandan sonra üstünə balaca ələkdən şəkər pudrası ələyin.
Nuş Olsun!
Hakkında: Çətin görünsədə bişirilməsi asan olan bu şirniyyat həmdə göz oxşayandır.
ən son şərh