Albalılı kəsmikli tort
Ərzaqlar
- Tərkibi:
- 50 qram kakao
- 70 qram un
- 4 yumurta
- 100 qram şəkər
- 60 qram kərə yağı
- ½ paket qabartma tozu
- Krem üçün:
- 250 qram kəsmik
- 80 qram qaynadılmış süd
- 50 qram şəkər pudrası
- 150 qram kərə yağı
- Sirop üçün:
- 100 qram albalı
- 1 su stəkanı su
- 2 xörək qaşığı şəkər
Hazırlanması
- Yumurta və şəkəri mikserlə çalın.
- Üzərinə kərə yağı əlavə edib çalmağa davam edin.
- Un, kakao və qabartma tozun qarışdırın və yumurtaya əlavə edin.
- Soba qabına perqament kağız qoyun və xəmiri ora əlavə edib hamarlayın.
- Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.
- Bişmiş biskviti soyuduqdan sonra 4 hissəyə bölün.
- Biskvitin ortadan şişən hissəsini kəsin və xırdalayıb kənara qoyun.
- Albalıları yuyun, tumdan təmizləyin və bir qazana qoyun. Üzərinə su və şəkər əlavə edib qazda 5 dəqiqə qaynayanadək bişirin. Sipor hazırdır.
- Kəsmik və qaynadılmış südü blendrlə çalın.
- Üzərinə kərə yağı, şəkər pudrası əlavə edib çalmağa davam edin.
- Tortu hazırlamaq üçün korjları siropla isladın və hər təəfin kremləyib üst-üstə yığın.
- Üzərinə xəmirin ovuntusun səpin.
Nuş Olsun!
ən son şərh