Ərzaqlar

  • Tərkibi:
  • 400 qram qaymaq
  • 50 qram şəkər
  • 250 qram ovulan peçenye
  • Krem üçün:
  • 2 yumurta
  • 3 limon qabığı
  • 150 qram limon şirəsi
  • 220 qram şəkər
  • 1 çay qaşığı nişasta
  • 120 qram kərə yağı

Hazırlanması

  1. Biq qazana yumurta, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı, şəkər və limon şirəsin əlavə edin.
  2. Qazda aşağı temperaturda qaynayanadək qarışdıra-qarışdıra bişirin.
  3. Kənara qoyun və üzərinə kərə yağın əlavə edin. Hazır kremi soyuducuya qoyun.
  4. Qaymağı şəkərlə mikserlə çalın.
  5. Limonlu kremdən 2-3 xörək qaşığı bəzək üçün kənara qoyun. Qalan kremi qaymağa əlavə edin.
  6. Tortu hazırlamaq üçün dairə formasında 20 sm ölçülü yanları açılan hündür qab götürün.
  7. Qabın dibinə 2 qaşıq krem çəkin və bir sıra peçenye düzün.
  8. Üzərinə kremdən çəkin və bu prosesi 2 dəfə təkrarlayın.
  9. Üst qatdakı kremi yaxşı hamarlayın və soyuducuda 4 saat saxlayın.
  10. Sonra kənara qoyduğunuz kremlə yanların yaxşı kremləyin.

Nuş olsun.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10