
Şokoladlı Piroq “Kuxe”
Ərzaqlar
- 2 su stəkanı un
- 2 su stəkanı şəkər
- 4 yumurta
- 1 su stəkanı süd
- 1 su stəkanı duru yağ
- 3 xörək q. kakao
- 1 paket qabartma tozu
- 1 paket vanil
Hazırlanması
- Yumurta və şəkəri mikserlə çalın. Vanil əlavə edin.
- Süd, yağ və kakao əlavə edin.
- Bu qarışıqdan 1 su stəkanına tökün və kənara qoyun. Bundan şokoladlı qlazur hazırlanacaq.
- qalan hissəyə qabarma ilə qarışdırılmış unu əlavə edin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 sm ölçülü qabda 30 dəqiqə bişirin.
- Bişdikdən sonra isti formada xəmirin üzərinə kənara qoyduşunuz qlzuru tökün. Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!
Şokoladli piroq “Kuxe şokolad sevənlər üçün əsl yerinə düşəcək.
ən son şərh