
Əvəlik Dolması
Əvəlik Dolması
Ərzaqlar
- Qoyun əti – 108q
- Düyü – 30q
- Baş soğan – 20q
- Göyərti (keşniş, şüyüd və nanə) – 15q
- Əvəlik – 40q
- Qatıq – 20q
- Əridilmiş yağ – 10q
- Duz-zövqə görə
- İstiot-zövqə görə
- Darçın-zövqə görə.
Hazırlanması
- Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir.
- Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
- Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir.
- Qiymə yaxşı qarışdırılır.
- Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir.
- Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh