
Ətli İspanaq
Ətli İspanaq
Ərzaqlar
- 4 qalın dəst ispanaq (qoca olmasın)
- 5 yemək qaşığı kərə yağı
- 200-250 qram çəkilmiş mal əti
- 1 iri baş soğan
- 2 xörək qaşığı tomat pastası
- Duz
- İstiot
- 3-4 xörək qaşığı yumru düyü
Hazırlanması
- İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın.
- Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun.
- Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir.
- İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.
- Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun.
- Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.
- Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.
- İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.
- Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin.
- Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh