
Ətli Cücə Plovu
Ətli Cücə Plovu
Ərzaqlar
- 2 su stəkanı düyü
- 2.5 xörək qaşığı duz
- 2 4 / 5 su stəkanı toyuq ya da ət suyu
- 6.5 xörək qaşığı marqarin
- 3 orta soğan (kiçik küplər halında doğranmış)
- 500 qr yağsız quzu əti
- 1 çay qaşığı duz
- təzə əzilmiş qara bibər
- 2 su stəkanı isti su
Hazırlanması
- Cücəni plov üçün hazırlayın.
- Ət suyunu bir az qaynadıb, isti olaraq bir kənarda saxlayın.
- Bir qazana marqarini qoyub, əridin.
- Yağ qızınca soğanı əlavə edib , tez-tez qarışdıraraq, bir neçə dəqiqə, soğanlar qızarana qədər, bişirin.
- Əti qatıb yenə hərdən bir qarışdıraraq, bir neçə dəqiqə daha bişirin və ətlər suyunu özünə çəkənə qədər bişirməyə davam edin.
- Duz və bibərdə əlavə edin.
- 2 su stəkanı isti su əlavə edin.
- Ocağın atəşini azaldın.
- Ağır atəşdə, 10 dəqiqə daha, ətlər yumşalana qədər bişirin.
- Ətlər suyunu özünü çəkincə isti ət suyunu qatıb, bir daha qızardın.
- Ət suyu qaynar qaynamaz düyünü əlavə edin.
- Təxminən 18-20 dəqiqə , ağır atəşdə , düyü ət- suyunu tamamilə çəkənə qədər bişirin.
- Ətli plovu dəmlətdikdən sonra süfrəyə təqdim edə biərsiniz.
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh