zukini qabagi salati

zukini qabagi salati

Zukini Qabağı Salatı

Ərzaqlar

Təxminən 8 pay üçün

  • 6-7 ədəd sarı və ya açıq yaşıl qabıqlı zukini qabağı (kabaçok)
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı zeytun yağı
  • Təxminən 2 stəkan qatıq
  • 2 diş sarımsaq – təmizləyib, əzin
  • Zövqə görə duz

Üstü üçün:

  • Zeytun yağı və şirin bibər tozu və ya narın quru nanə

Hazırlanması

  1. Yumru-yumru doğranmış zukinini listə yayın. Sobada qızardıb, sarımsaq və qatıq əlavə edin.
  2. Sobanı 205°Cdək qızdrın.
  3. Zukinini soymadan yumru-yumru döğrayın. 2 iri listə qoyun. Hər listə 1 xörək qaşığı un, bir az duz, və bir 1 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırın. Zukiniləri listə bir lay şəklində yayın.  Sobada yumuşalanadək, təxminən 20 dəqiqə bişirin, sonra sobanın qızartma (BROİL) düyməsini seçib, zukiniləri üstləri qızaranadək bir neçə dəqiqə bişirin. Sobadan çıxardın.
  4. Zukinilər listdə soyuduqdan sonra, onları bir qaba boşaldın. Əzilsələr, narahat olmayın, belə də olmalıdır, çünki bişmiş zukini yumuşaq olur. Üstünə sarımsaq və qatığı əlavə edib, yavaşca qarışdırın. Soyuducuya qoyun.
  5. Süfrəyə verməzdən əvvəl üstünə bir az zeytun yağı gəzdirib, bibər tozu səpin. Bibər tozunun yerinə, quru nanə də səpmək olar.

Hakkında:  Bu salat Türkiyənin Ege bölgələrinə aiddir. Ləzzətli və yüngüldür. Hər damaq dadına uyğundur.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10