
Zeytun yağlı Yaşıl Lobya
Zeytun yağlı Yaşıl Lobya
Ərzaqlar
- 1 kq. yaşıl lobya
- 2 yemək qaşığı un
- 2 ədəd limonun suyu
- 1 ədəd quru soğan
- 1 dəstə şüyüd
- 10 ədəd yaşıl soğan
- 1 çay stəkanı zeytunyağı
- 6 ədəd kəsmə şəkər (qənd)
- 2 çay qaşığı duz
Hazırlanması
- 1 qaşıq un ilə 1 ədəd limonun suyunu çalın.
- Dərin bir qabın içində 1 stəkan suyla qarışdırın.
- Yaşıl lobyaları yuyun. Uclarını və yanlarını təmizləyin.
- Qaralmamaları üçün limonlu və unlu suya atıb saxlayın.
- Bir qazanın ortasına soğanı bütün olaraq qoyun.
- Kənarlarına lobyaları günəş kimi sıralayın .
- Dərəotunun yarısını üzərinə doğrayın.
- Yaşıl soğanları yaşıl lobya uzunluğunda kəsib , onlar kimi düzün.
- Qalan yaşıl lobyaları da yaşıl soğanların üzərinə yerləşdirin.
- Zeytunyağını, 1 qaşıq unu və 1 ədəd limonun suyunu qarışdırın.
- Yaşıl lobyanın üzərinə tökün. Şəkərini, duzunu atın.
- Üzərini bağlayacaq qədər isti su əlavə edin.
- Düzdüyünüz yaşıl lobyaların pozulmaması üçün üzərini farfor bir qabla bağlayın.
- Batıq atəşdə ən az 1 saat bişirin. Qazanın içində soyumasını gözləyin.
- Tərs çevirərək qaba qoyun.
- Üzərini dərəotu ilə bəzəyərək süfrəyə təqdim edin.
Hakkında: asan və çox ləzzətli yeməklərdən sayılır.
Nuş Olsun!
ən son şərh