
Zeytun Yağlı Ağ Lobya (yeni)
Zeytun Yağlı Ağ Lobya (yeni)
Ərzaqlar
- 2 su stəkanı quru ağ lobya
- 2 ədəd soğan
- 3 diş sarımsaq
- 1 ədəd kök
- 1 ədəd kartof
- 1 xörək qaşığı tomat
- 1/2 su stəkanı zeytun yağı
- 1 desert qaşığı şəkər
- 1/2 dəstə cəfəri
- duz
Hazırlanması
- Quru lobyaları axşamdan isladın, üzərinə çıxacaq qədər su əlavə edin, qaynadın, süzün.
- Soğan və sarımsağı soyun, yuyun, soğanı incə doğrayın, sarımsağı iki-üç parçaya bölün və bir qazanda yağla qoyun.
- Kök və kartofu soyun, yuyun, kub şəklində kəsin.
- Soğanlara əlavə edin, birlikdə qovrun, tomat əlavə edin və bir neçə dəfə qarışdırın.
- Süzülmüş lobyaları, qəndi, duzu qazana qoyub su əlavə edərək ağır atəşdə, suyunu çəkənə qədər, bişirin.
- Yeməyi şüşə bir qaba qoyun, yuyulmuş və incə doğranmış cəfərini üzərinə səpin və soyuq süfrəyə təqdim edin.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh